AZ

Estoniya ABŞ ilə Hörmüz boğazına qoşun göndərilməsini müzakirə etməyə hazırdır

Bakı, 17 mart, AZƏRTAC

Estoniya hakimiyyəti Hörmüz boğazında gəmilərin azad hərəkətinin təmin olunmasına yönəlmiş mümkün hərbi missiyada iştirak etmək üçün öz hərbi qulluqçularının göndərilməsi məsələsini ABŞ ilə müzakirə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib.

“ABŞ Prezidenti bəyan edib ki, NATO üzrə müttəfiqlərdən dəstək gözləyir, lakin bu dəstək abstrakt şəkildə təqdim olunmur. Estoniyanın mövqeyi belədir: əgər ABŞ məsələn, NATO çərçivəsində və ya ikitərəfli əsasda bu mövzunu qaldırarsa, biz bu məsələləri mütləq müzakirə etməyə hazırıq”, – deyə ERR milli dövlət teleradio portalı nazirin sözlərindən sitat gətirir.

Tsahkna qeyd edib ki, ilk növbədə, Vaşinqtona məhz hansı yardım və dəstəyin lazım olduğu və əməliyyatın məqsədinin nə olacağı aydınlaşdırılmalıdır.

“Əgər söhbət hərbi yardımdan gedirsə, tam dəqiq planlar ortaya qoyulmalıdır. Hazırda Avropa tərəfi ABŞ-nin strateji məqsədləri barədə məlumatlı deyil. Açığını desəm, bu müharibə başlayanda da biz bundan xəbərdar deyildik, bu baxımdan cavablandırılmamış çoxlu suallar qalır”, – deyə o vurğulayıb.

Seçilən
32
azertag.az

1Mənbələr