AZ

Azərbaycanda investisya fondunun idarəçisi rebrendinq edib

“CFİ Financial İnvestisiya Şirkəti” QSC-yə məxsus “Assist Finance İnvestisiya Şirkəti” MMC də səhmdarı kimi rebrendinq edib.

Banker.az xəbər verir ki, “CFİ Asset Management” MMC kimi fəaliyyət göstərəcək.

Bundan öncə isə Pərvanə Qasımova Əlifağa qızı direktor təyin edildiyini bildirmişdik. O bu vəzifədə Abid Mamedov Mamed oğlunu əvəz edib.

İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.

Xatırladaq ki, “CFİ Asset Management” MMC (2026-cı ilin əvvəlinə qədər “Assist Finance İnvestisiya Şirkəti” ) 2014-cü ildə 150 000 manat nizamnamə kapitalı ilə təsis edilib.

Seçilən
72
1
banker.az

3Mənbələr