AZ

Çıxarış almaq üçün hansı sənədlər lazımdır? AÇIQLANDI

Azərbaycanda çıxarışı olmayan minlərlə fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı yeni mərhələ başlayır. Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi 2025-ci il üzrə fəaliyyət hesabatına əsasən, çıxarış almaq lazım olan sənədlərin növləri açıqlanıb. 

Day.Az xəbər verir ki, çıxarış verilməməsinin əsas səbəblərindən biri bəzi evlərin təhlükəli ərazilərdə - yüksək gərginlikli elektrik xətləri, qaz kəmərləri və dəmir yolu xətləri yaxınlığında tikilməsidir. Bundan başqa, bir sıra hallarda torpaq, tikinti və texniki sənədlərdə uyğunsuzluqlar da mövcuddur.

Mülkiyyət hüququnun təsdiqi üçün torpaq sənədi, tikinti icazəsi, texniki sənədlər və xəritə məlumatlarının tam şəkildə təqdim olunması vacibdir. Bu istiqamətdə müvafiq icra mexanizmləri artıq mövcuddur və vətəndaşlara sənədlərin toplanması ilə bağlı tövsiyələr verilib.

Ekspertlərin fikrincə, yeni mexanizmlərin tətbiqi sənədsiz evlər probleminin həllində mühüm addım olacaq. Qeyd olunur ki, 2001-ci ilə qədər müxtəlif qurumlar tərəfindən verilmiş icazə və sərəncamlar artıq qeydiyyata alınır və bu günədək 9000-dən çox sənəd uçota götürülüb.

Ümumilikdə isə ölkə üzrə təxminən 100 minə yaxın fərdi yaşayış evinin mərhələli şəkildə sənədləşdirilməsi gözlənilir.

Bu proses illərdir faktiki yaşayışı olan evlərin leqallaşdırılmasına, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həmçinin alqı-satqı və qeydiyyat proseslərinin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yarada bilər. Bununla yanaşı, təhlükəli ərazilərdə yerləşən tikililərlə bağlı məsələlər ayrıca qiymətləndiriləcək.

Elcan Turan
Day.Az

Seçilən
47
day.az

1Mənbələr