AZ

Derbidə həm xal qazandılar, həm də pul – Mükafat olacaq

“Kəpəz” futbolçuları Azərbaycan Premyer Liqasının XXIV turunda “Turan Tovuz”la heç-heçə (1:1) etdikləri üçün pul mükafatı alacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubunun rəhbərliyi qazanılan bir xala biganə qalmayıb. Oyunçuların hər birinə 1000 manat “premya” vəd edilib.

Bununla da rəhbərlik komandaya motivasiya verib. Futbolçuların növbəti turlarda daha yaxşı nəticə qazanması üçün bu addım vacib hesab edilib.

Xatırladaq ki, “Kəpəz” 18 xalla 10-cu yerdədir.

 

Seçilən
118
idmanxeber.az

1Mənbələr