AZ

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Sərxan Hüseynqulu oğlu Abbasovun Türkiyədən idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (istehsal tarixi 20 iyul 2025 – son istifadə tarixi 20 iyul 2027) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq həmin məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.

Seçilən
5
31
azertag.az

10Mənbələr