AZ

II Liqa: "Xankəndi" də darmadağınla qalib gəldi, "Qaradağ Lökbatan" da

Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 4 matç baş tutub.

Əvvəlcə lider "Xankəndi" evdə "Ağdaş"ı sınağa çəkib. Qarabağ təmsilçisi rəqibi üzərində böyük hesablı qələbə qazanıb. 

Bir saat gec start götürən digər oyunlara gəlincə, liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan" doğma meydanda "Göygöl"ü 7 cavabsız qolla üstələyib. "Şəmkir" autsayder "Araz Saatlı" ilə dueldən minimal hesabla qalib ayrılıb, "Quba" ilə "Dinamo"nun görüşünün nəticəsini isə 1 qol həll edib. 

Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyunlarında “Şəki Siti” “Kür-Araz”ı 4:3, “Şirvan” isəv“Ağstafa Gəncləri”ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası
XVIII tur
17 mart 

“Xankəndi” – “Ağdaş” 5:0
Qolla
r: E.Nəsibov, 2; 78. M.Teymurov, 22; 43. T.Qurbatov, 49. 

“Şəmkir” – “Araz Saatlı” 1:0
Qol
: T.Məmmədzadə, 67-pen. 

“Qaradağ Lökbatan” – “Göygöl” 7:0
Qollar
: N.Əskərov, 19. T.Nəsibov, 24; 57-pen; 87-pen. A.Mikayılov, 48. S.Allahquliyev, 55. E.Quluzadə, 83.

“Quba” – “Dinamo” 0:1
Qollar:
 Y.Qarayev, 86.

Seçilən
30
1
fanat.az

2Mənbələr