AZ

Azərbaycanda ən aşağı sürətli internet provayderlər...

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda sabit genişzolaqlı internet bazarı üzrə 2026-cı ilin fevral ayına dair göstəriciləri açıqlayıb. “Ookla” şirkətinin metodologiyası və “Speedtest Intelligence” məlumatları əsasında hazırlanan təhlildə provayderlərin performansı bu dəfə dörd ayrı sürət kateqoriyası üzrə təqdim olunub.

Modern.az xəbər verir ki, yeni təsnifat modelinə əsasən, bazarda fəaliyyət göstərən internet xidmət təchizatçıları “çox yüksək”, “yüksək”, “orta” və “aşağı” sürət seqmentləri üzrə qruplaşdırılıb. Bu yanaşma istifadəçilərə provayderlərin real performans göstəricilərini daha aydın müqayisə etmək imkanı yaradır.

Hesabata görə, ən yüksək nəticə göstərən provayderlər 150 Mbps-dən yuxarı median sürət intervalında yer alıb. Bu kateqoriyada “Azeronline” və “Aztelekom” qərarlaşıb. 101–149 Mbps aralığını əhatə edən yüksək sürət kateqoriyasında isə “FiberNET” göstərilib.

Ən geniş provayder qrupu 50–100 Mbps intervalını əhatə edən orta sürət seqmentində cəmləşib. Bu kateqoriyada “ARTKOM”, “AiləTV”, “Alfanet”, “Alnet”, “AzFiberNet”, “Aznet”, “Bline”, “Bulud Telecom”, “Citynet+Sazz”, “Connect CJSC”, “GSP”, “KATV 1”, “Metronet”, “Netpoint”, “SHAKH Telecom”, “Selnet” və “SparkTel” yer alıb.

1-49 Mbps intervalını əhatə edən aşağı sürət kateqoriyasında isə “Fiberon”, “FlexNET”, “Nest Fiber”, “Smart Online”, “Teleport” və “TransEuroCom” qeyd olunub.

İKTA-nın açıqladığı fevral göstəricilərinə əsasən, ölkə üzrə sabit genişzolaqlı internetin median yükləmə sürəti 91,38 Mbps, median göndərmə sürəti 93,12 Mbps, median gecikmə isə 4 ms təşkil edib. Bu nəticələr bazarda əsas sıxlığın orta sürət seqmentində formalaşdığını, lakin daha yüksək performans təqdim edən provayderlərin də fərqlənməyə başladığını göstərir.

Hesabatın əvvəlki aylardan əsas fərqi ondadır ki, provayderlər bu dəfə vahid siyahı formasında deyil, performans səviyyələrinə görə ayrıca qruplar halında təqdim edilib. Bu da həm istifadəçilər, həm də bazar iştirakçıları üçün internet xidmətlərinin keyfiyyətini daha strukturlaşdırılmış formada izləməyə şərait yaradır.

Qeyd edək ki, “Citynet+Sazz” üzrə göstərici İKTA tərəfindən hər iki provayderin median məlumatlarının ədədi ortası əsasında hesablanıb. (Valyuta.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
modern.az

1Mənbələr