AZ

Təyyarədə QEYRİ-ADİ HADİSƏ

Ajans.az xəbər verir ki, Air India aviaşirkətinə məxsus təyyarə döşəmədə yaranan sirli titrəmə səbəbindən Ireland ərazisində təcili eniş edib. “Paddle Your Own Kanoo” (PYOK) şirkətinin məlumatına görə, insident martın 15-dən 16-na keçən gecə New York City – New Delhi marşrutu üzrə həyata keçirilən reys zamanı qeydə alınıb. Təxminən 14 saat davam etməli olan uçuş Airbus A350-900 tipli təyyarə ilə yerinə yetirilirdi və göyərtədə 240 nəfər olub. Məlumata görə, təyyarə Atlantik okeanı üzərində olarkən sərnişinlərin ayaqları altındakı döşəmə qəfil titrəməyə başlayıb. Sərnişinlər yaranan güclü vibrasiya və səs-küydən narahat olaraq stüardessalara müraciət ediblər. Qeyd olunur ki, hadisə zamanı hava şəraiti normal olub və heç bir turbulentlik müşahidə edilməyib. Hadisənin səbəbləri araşdırılır.

 

Seçilən
39
Ajans.az

1Mənbələr