JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə region üzrə “Novruz kuboku” turniri keçirilib. Turnirdə müxtəlif ali təhsil müəssisələrinin tələbə komandaları iştirak edərək birincilik uğrunda mübarizə aparıblar.

Turnirin final mərhələsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandası uğurlu çıxış nümayiş etdirərək həlledici oyunda Gəncə Dövlət Universitetinin (GDU) komandasına 3:2 hesabı ilə qalib gəlib və turnirin qalibi olub.

Qələbə münasibətilə ADAU-nun rektoru Zəfər Qurbanov qalib tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələri təbrik edən rektor onların idman sahəsində əldə etdikləri uğurun universitet üçün qürurverici olduğunu bildirib, gənclərə gələcək yarışlarda da uğurlar arzulayıb.

Sonda tələbələr göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX