AZ

Tayvan ordusu ilk yeni nəsil katamaran-korveti alıb

Tayvan Hərbi Dəniz Qüvvələri ikinci nəsil “Tuojiang” sinifli ilk katamaran-korvet alıb.

Herbiand.az bildirir ki, 11 martda İlan şəhərindəki Lungteh Shipbuilding zavodunda sadə mərasim keçirilib.

Hələlik, nə Müdafiə Nazirliyi, nə Hərbi Dəniz Qüvvələri, nə də gəmi istehsalçısı gəminin təhvil verilməsini rəsmi olaraq təsdiqləməyiblər.

Tayvan donanması üçün yeni gəmilərin hazırlanması proqramı 2010-cu ilin yazında başlayıb. Bu gəmilər Çin donanmasının daha inkişaf etmiş gəmilərinə qarşı çıxmaq üçün nəzərdə tutulub.

Korvetin su tutumu 700 ton, uzunluğu 60,4 metr, eni isə 14 metrdir. Ekipaj 41 nəfərdən ibarətdir.

Korvet səkkiz səsdən sürətli “Hsiung Feng II” gəmi əleyhinə raket və səkkiz səsdən sürətli “Hsiung Feng III” raketi ilə silahlanıb və mənzili 150 km-ə qədərdir. Əsas silahlanmada 76 mm-lik top dayağı, yaxın məsafəli döyüş üçün isə 20 mm-lik Phalanx CIWS artilleriya kompleksi və 12,7 mm-lik pulemyotlardan istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
74
herbiand.az

1Mənbələr