AZ

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
 

Rayon sakini Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobil digər rayon sakini Kamran Quliyevin sürdüyü “Changan” markalı nəqliyyat vasitəsi ilə toqquşub.


Nəticədə hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya aparılıb. “Changan” markalı avtomobildə olan 1991-ci il təvəllüdlü sərnişin Xəyal Bəşirov isə hadisə zamanı həyatını itirib.

Fakt üzrə araşdırma davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
32
1
bizim.media

10Mənbələr