AZ

​ABŞ İran generallarını niyə quş kimi "dənləyir"?

Son dövrlər İranda yüksək rütbəli hərbi şəxslərin, xüsusilə SEPAH generallarının ölümü ilə bağlı xəbərlər tez-tez gündəmə gəlir. Bəzən bu ölüm halları qəza və ya xəstəlik kimi təqdim olunur, bəzən isə hücum və ya sui-qəsd ehtimalı müzakirə edilir. Metbuat.az xəbər verir ki, bu vəziyyət həm regiondakı gərginliklə, həm də İranın təhlükəsizlik strukturlarının mürəkkəb sistemi ilə bağlıdır. Generalların tez-tez hədəfə çevrilməsinin bir neçə mühüm səbəbi var. Regiondakı hərbi fəaliyyətİran uzun illərdir Yaxın Şərqin müxtəlif bölgələrində siyasi və hərbi təsirini artırmağa çalışır. Suriya, İraq, Livan və digər ölkələrdə fəaliyyət göstərən İranla əlaqəli qüvvələr bu ölkənin yüksək rütbəli hərbçilərini birbaşa “hədəf taxtası”na çıxarır. Bu əməliyyatlara rəhbərlik edən generallar tez-tez ön planda olur və buna görə də müxtəlif qüvvələrin hədəfinə çevrilirlər. Kəşfiyyat müharibəsi İran regionda ciddi kəşfiyyat qarşıdurmasının mərkəzindədir. Müxtəlif dövlətlərin xüsusi xidmət orqanları arasında gizli mübarizə davam edir. Bu mübarizədə yüksək rütbəli komandirlər strateji fiqur sayıldığı üçün onların fəaliyyəti diqqətlə izlənilir. Bəzi hallarda isə onların aradan götürülməsi rəqiblərin hərbi və siyasi planlarına təsir edə biləcək addım kimi qiymətləndirilir. Hazırda davam edən ABŞ-İsrail-İran müharibəsi də bunu sübut edir. Təsdiqlənmiş məlumatlara görə, ABŞ və İsrailin Tehrana hücum etdiyi 28 fevral tarixindən bu günə kimi İranda 40-a yaxın general öldürülüb. Həmçinin İran polisinin yüksək rütbəli zabitləri də İsrailin hədəfindədir. Onların bəziləri iş yerinin, bəziləri isə evlərinin bombalanması nəticəsində həyatlarını itiriblər. Daxili güc balansıİranın təhlükəsizlik sistemi bir neçə paralel struktura - ordu, xüsusi qüvvələr və müxtəlif təhlükəsizlik qurumlarına bölünür. Bu qurumlar arasında təsir və nüfuz uğrunda rəqabət də mövcuddur. Bəzən bəzi müəmmalı ölümlərdə daxili çəkişmələrin də rol oynadığı istisna olunmur. Siyasi faktor İranda generallar təkcə hərbçi deyil, həm də siyasi fiqur sayılır. Onların fəaliyyəti ideoloji və siyasi sistemlə sıx bağlıdır. Bu səbəbdən belə şəxslərin ölümü təkcə hərbi hadisə deyil, həm də siyasi mesaj kimi qəbul olunur və geniş müzakirələrə səbəb olur. İsrail buy olla hərbi elitaya mesaj ötürür: hamınız ovcumuzub içindəsiniz. İstədiyimiz vaxt quş kimi dənləyə bilərik… Sonda qeyd edək ki, İranda generalların tez-tez ölüm xəbərlərinin ortaya çıxması təsadüfi deyil. Regiondakı geosiyasi qarşıdurmalar, kəşfiyyat müharibəsi və daxili güc balansı yüksək rütbəli hərbçiləri riskli mövqedə saxlayır. ABŞ-İsrail-İran müharibəsi davam etdikcə vaxtaşırı səs-küylü ölüm xəbərlərinin yayılacağı istisna olunmur…

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
40
metbuat.az

1Mənbələr