AZ

Kiyev “Drujba” ilə bağlı Aİ-nın təklifini qəbul edib - Ursula fon der Leyen

Ukrayna Drujba boru kəmərinin təmiri üçün Avropa İttifaqının texniki və maliyyə yardımı təklifini qəbul edib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu barədə X sosial media platformasında məlumat verib.

O həmçinin qeyd edib ki, Avropalı mütəxəssislər dərhal işə başlamağa hazırdırlar.

Bir müddət əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Kiyevin Budapeşt və Bratislavanın Drujba boru kəməri vasitəsilə enerji tranziti ilə bağlı üçtərəfli danışıqlar təşkil etmək təklifini rədd etdiyini bildirmişdi.

Seçilən
47
herbiand.az

1Mənbələr