AZ

“Yol ver” nişanına əhəmiyyət verməyən “Toyota” sürücüsü “Mercedes”i vurdu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, manevretmə qaydalarına əməl edilməməsi səbəbindən “Toyota” markalı avtomobil hərəkətdə olan “Mercedes”lə toqquşub. Nəticədə avtomobillərə ziyan dəyib.

Videodan da göründüyü kimi, “Toyota”nın gəldiyi istiqamətdə “Yol ver” nişanı var. Lakin sürücü nişanın tələbini pozaraq yaxınlaşmaqda olan “Mercedes”in yoluna çıxır.

Hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasına əmin olmadan yola çıxmaq bu cür qəza hadisələri ilə nəticələnə bilir. Bu səbəbdən avtomobili qaydalara uyğun şəkildə idarə etmək lazımdır.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr