İspaniya millisi ləğv edilən Finalissima əvəzinə Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Görüş martın 27-də Vilyarrealdakı "Estadio de la Seramika" stadionunda baş tutacaq.
Avropa çempionları həmin gün Qətərdə Amerika Kubokunun qalibi Argentina millisi ilə qarşılaşmalı idi. Lakin Yaxın Şərqdə baş verən münaqişə səbəbindən Finalissima ləğv olunub.