AZ

Göygöl rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 122 nömrəli tam orta məktəbi üzrə Ərazi Partiya təşkilatı tərəfindən xalqımızın milli bayramı olan Novruz bayramına həsr edilmiş tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Nizami Calalov, məktəbin kollektivi, valideynlər və şagirdlər iştirak edirdilər.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Nizami Calalov Novruz bayramının tarixi və əhəmiyyəti haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir və bu bayram hər zaman dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur.

Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə Novruz bayramı dövlət səviyyəsində geniş şəkildə qeyd edilmişdir. Bu gün isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə və milli bayramlarımıza xüsusi diqqət və qayğı göstərilir.

Həmçinin vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da milli-mənəvi dəyərlərimizin, o cümlədən Novruz bayramının təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

Çıxışlarda qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Vətən müharibəsi Zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarımızda da Novruz bayramı böyük coşqu ilə qeyd olunur, tonqallar qalanır, həyat yenidən canlanır.

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən məktəbin direktoru və kollektivi fəxri fərmanla təltif edildi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
yeniazerbaycan.com

1Mənbələr