AZ

Ötən il evlənmək istəyən 3 mindən çox şəxsdə daşıyıcılıq aşkarlanıb

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci il üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri açıqlanıb.

Milli.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata, 2025-ci ildə nikah öncəsi müayinələrin sayı 100761 olub.

Bu müayinələr nəticəsində cütlüklərin yalnız birində aşkarlanan daşıyıcılıq sayı 3635, hər iki tərəfdə daşıyıcılıq aşkarlanan cütlüklərin sayı isə 35 olub.

Bildirilib ki, ötən il prenatal diaqnostika üzrə də statistika qeydə alınıb. 2025-ci il ərzində ümumilikdə 68 prenatal müayinə aparılıb. Bu müayinələr zamanı 21 nəfərdə xəstəlik, 32 nəfərdə daşıyıcılıq aşkarlanıb, 15 nəfərin isə sağlam olduğu müəyyən edilib.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
7
news.milli.az

10Mənbələr