Bakı. Trend:
2025–2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenataldiaqnostika göstəriciləri açıqlanıb.
Trend-insorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya vəTransfuziologiya Mərkəzindən (MHTM) bildirilib ki, 2026-cı ilinyanvar ayı ərzində 6 596 nikah öncəsi müayinə aparılıb. Bumüayinələr nəticəsində 268 nəferdə daşıyıcılıq aşkarlanıb.
"Fevral ayı ərzində aparılan müayinələrin sayı isə 7 712 olub.Bu müayinələr nəticəsində isə 272 nəfərdə daşıyıcılıq müəyyənedilib. 2 cütlükdə isə hər iki tərəfdə daşıyıcılıq aşkarlanıb".
Beləliklər, 2026-cı ilin ilk iki ayında ümumilikdə 14308 nikahöncəsi müayinə aparılıb.
2025-ci ildə nikah öncəsi müayinələrin sayı isə 100 761olub:
"Bu müayinələr nəticəsində cütlüklərin yalnız birində aşkarlanandaşıyıcılıq sayı 3 635 olub. Hər iki tərəfdə daşıyıcılıq aşkarlanancütlüklərin sayı isə 35 olub.
Ötən il uzrə prenatal diaqnostika ilə bağlı statistika da məlumolub. Belə ki, 2025-ci il ərzində ümumilikdə prenatal 68 müayinəaparılıb. 21 nəfərdə xəstəlik, 32 nəfərdə isə daşıyıcılıqaşkarlanıb. 15 nəfər isə sağlam olub", məlumatda bildirilib.