AZ

“Tottenhem”ə qarşı oynaya biləcək?

“Atletiko”nun qapıçısı Yan Oblak zədələnib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiper zədə səbəbindən La Liqanın 28-ci turunun “Xetafe” ilə matçını buraxıb.

Yan bu mövsüm La Liqada 26 oyun keçirib. Sloveniyalı futbolçunun Çempionlar Liqasının 1/8 finalının “Tottenhem”lə cavab matçında iştirakı sual altındadı. Xatırladaq ki, “Atletiko” ilk oyunda 5:2 hesabıyla qalib gəlib.

Seçilən
10
football-plus.az

1Mənbələr