“Yuventus” baş məşqçisi Luçano Spallettinin sözləşməsini 2027-ci ilə qədər uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, müqavilədə əlavə olaraq bir illik uzatma seçimi də olacaq. Müqavilənin aprelin 5-dək imzalanması gözlənilir.
Spalletti 2025-ci ilin oktyabrından Turin klubuna rəhbərlik edir və komandası A Seriyasında 29 oyundan sonra 53 xalla 5-ci yerdədir.