AZ

ABŞ Kuba Prezidentini hakimiyyətdən uzaqlaşdırmağa çalışır

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Amerikalılar kubalı danışıqçılara prezidentin getməli olduğunu açıq şəkildə bildiriblər”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba Prezidenti Miguel Dias-Caneli hakimiyyətdən uzaqlaşdırmağa, lakin ölkənin mövcud siyasi sistemini qorumağa çalışır. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr qəzetə bildiriblər ki, "amerikalılar kubalı danışıqçılara prezidentin getməli olduğunu açıq şəkildə bildiriblər, lakin növbəti addımları kubalıların ixtiyarına buraxırlar".

Onlar qeyd ediblər ki, ABŞ hələ də ölkənin ən nüfuzlu şəxsləri olan Kastro ailəsinin üzvlərinə qarşı heç bir tədbir görməyib.

Bir müddət əvvəl ABŞ Prezidenti jurnalistlərə "Kubanı ələ keçirməkdən" şərəf duyacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
ayna.az

1Mənbələr