AZ

Ölüm xəbəri yayılan Laricaninin “X” hesabında PAYLAŞIM – FOTO

Xəbər verdiyimiz kimi, İsrailin müdafiə naziri İsrael Kats İranın təhlükəsizlik şurasının katibi Əli Laricaninin öldürüldüyünü açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ: Əli Laricani öldürüldü


Bizim.Media xəbər verir ki, ölüm xəbəri yayıldıqdan bir neçə dəqiqə sonra Laricaninin “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin döyüşçülərinin dəfn mərasimi münasibətilə: Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və şəhadətləri uzun illər silahlı qüvvələrin strukturunda İslam Respublikası Ordusunun təməlini qoyacaq. Uca Allahdan bu əziz şəhidlərə rəhmət diləyirəm” – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, İran tərəfi hələlik Laricaninin ölüm xəbərini təsdiqləməyib.


Bizim.Media

Seçilən
47
bizim.media

1Mənbələr