AZ

Yanğın olan çoxmənzilli yaşayış binasının sakini: Qarajı illərdir təhvil vermirlər, avtomobillər yolu kəsib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Binada idarəçilik baxımından ciddi məsuliyyətsizlik və boşluqlar var. Fövqəladə hallar üçün önləyici tədbirlər görülməyib".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yanğın olan çoxmənzilli yaşayış binasının sakini Malik Abdullayev deyib.

O bildirib ki, problemlərdən biri qarajın uzun illər əvvəl təhvil verilməli olduğu halda bu günədək istifadəyə bağlı qalmasıdır:

"Hansı səbəblər, bəhanələr var - bu, başqa məsələdir. Həyətdə həm vətəndaşların sosial məsuliyyətsizliyi, həm də birbaşa binanı idarə edən şirkətin məsuliyyətsizliyi səbəbindən parklanma düzgün təşkil olunmur. Şirkətin adı "Baku Group"dur. Blokların qarşısında daim avtomobillər dayanır. Ümumilikdə nəzarətin olmaması səbəbindən belə fövqəladə hallarda yanğınsöndürənlər, polis əməkdaşları və binanı tərk etməli olan vətəndaşlar ciddi həyati risklə üzləşirlər".

Bina sakini əlavə edib ki, bəzi bloklarda yanğın lövhələri mövcud deyil:

"Məsələn, mənim yaşadığım 14-cü blokda belə bir lövhə yoxdur. Sakinlər təşəbbüs göstərərək bunu öz vəsaitləri hesabına təşkil etmək istəyirlər. Halbuki bu, doğru deyil. Ona görə yox ki, vətəndaşlar buna vəsait ayırmaq istəmirlər, ona görə ki, bu, onların məsuliyyəti deyil. Bu, binanı idarə edən şirkətin öhdəliyidir. Şirkət bunu Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işləyərək illər əvvəl həll etməli idi. Bu problem hələ də qalmaqdadır. Bu isə digər bloklarda da oxşar vəziyyətin yarana biləcəyini göstərir. Həftəiçi, hər kəsin işdə olduğu vaxtda bu, daha böyük risk yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
oxu.az

1Mənbələr