AZ

Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi Klublar danışıqlara başlayıb

ain.az, Mia.az saytına istinadən bildirir.

"Mançester Siti" klubunun baş məşqçisi Pep Guardiola Pedro Porronun transfer edilməsini istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Tottenhem" klubu 93 milyon avro tələb edir.

Məlumata görə, "Mançester Siti" klubunun idarə heyəti bu transferi daha münasib qiymətə reallaşdırmaq istəyindədir.

Xatırladaq ki, Pedro Porro bu mövsüm 38 matça çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun "Transfermarkt" dəyəri hazırda 40 milyon avro olaraq dəyərləndirilir.

Fərid

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
mia.az

1Mənbələr