AZ

Tramp: Kübanı ələ keçirmək şərəfinə sahib olacağıma inanıram

ABŞ Prezidenti Donald Tramp Kübadakı enerji böhranı və ölkə üzrə baş verən genişmiqyaslı elektrik kəsintiləri fonunda açıqlama verərək, ABŞ-ın Küba üzərində daha geniş rol oynaya biləcəyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Bütün həyatım boyunca Amerika ilə Küba haqqında danışıldığını eşitmişəm. ABŞ bunu nə vaxt edəcək?”,- o bildirib.

Prezident əlavə edib: “Kübanı ələ keçirmək şərəfinə sahib olacağıma inanıram. Onu azad edərəm, yoxsa ələ keçirərəm, bunu bilmirəm, amma istədiyimi edə bilərəm”.

Xatırladaq ki, Kübanın bir çox bölgəsində elektrik enerjisi kəsilib və ölkənin elektrik şəbəkəsinin çökməsi səbəbindən təxminən 10 milyon insan işıqsız qalıb.

Eyni zamanda ABŞ, Kübaya neft təmin edən ölkələrə gömrük rüsumları tətbiq edə biləcəyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr