AZ

İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb

İsrailin
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində ölüb. 1news.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats açıqlayıb.
Katsın sözlərinə görə, “Baş qərargah rəisi məni Laricaninin və 'Bəsic' rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb”. Daha əvvəl İran KİV-ləri Laricaninin İsrailin hədəfi olması xəbərlərinə dair məlumat yayıb. Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasətdə əsas rol oynayıb. Qeyd edək ki, biraz əvvəl İran KİV-ləri Laricaninin müraciət edəcəyi ilə bağlı məlumat yayıb. Həmçinin oxuyun: Əli Laricaninin müraciəti yayımlanacaq
Seçilən
74
9
1news.az

10Mənbələr