AZ

30 saat alovla mübarizə aparıblar: ABŞ-ın nəhəng gəmisindəki yanğının təfərrüatları

Amerika təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford”da baş verən yanğın 30 saatdan çox davam edib.

Publika.az xəbər verir ki, bu barədə gəmidəki dənizçilər “The New York Times” (NYT) qəzetinə bildiriblər.

Nəşr bildirib ki, "Yanğın gəminin camaşırxana otağındakı qurutma dəliyində başlayıb və tez bir zamanda yayılıb. Dənizçilər alovla 30 saatdan çox mübarizə aparıblar".

Yanğın barədə məlumat 12 martda verilib. ABŞ Hərbi Dəniz Qüvvələri əsas camaşırxana otaqlarında yanğın baş verdiyini açıqlayıb. Lakin yanğının səbəbinin döyüşlə əlaqəli olmadığı vurğulanıb.

Məlum olub ki, yanğında çoxsaylı şəxsi əşyalarla yanaşı, 600-dən çox heyət üzvünün çarpayıları da yanıb. Nəticədə dənizçilər "yerdə və masalarda yatmağa məcbur olublar". Bundan əlavə, yanğın nəticəsində camaşırxanalar məhv olduğundan, dənizçilər artıq paltarlarını yuya bilmirlər ki, bu da təxminən on aydır dənizdə olan bir gəmi üçün çox vacibdir.

Seçilən
42
publika.az

1Mənbələr