AZ

"Rusiya ilə danışmaq vaxtıdır"- Aİ rəhbərindən mesaj

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişə ilə bağlı Rusiya ilə dialoqa başlamalıdır.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Avropa Şurasının Prezidenti Antonio Koşta bu barədə açıqlama yayıb.

"Düşünürəm ki, Rusiya ilə danışmalıyıq. Söhbət enerji məsələlərindən deyil, Avropa təhlükəsizliyi və Ukraynada sülhdən gedir", - deyə siyasətçi bildirib.

Koşta əlavə edib ki, Avropa İttifaqı kommunikasiyaya nə vaxt hazır olacağını dəqiqləşdirməyib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr