Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. 1news.az-ınməlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, üç gün sonra da xalqımız Novruz və Ramazan bayramını qeyd edəcək. "Xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir". S.Qafarova təklif edib ki, bayramlar münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqın və dövlətin bu günü və sabahı naminə fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq. Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.