AZ

İranda xanım rejissor və ailəsi həbs edildi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Təhlükəsizlik məmurları martın 16-da Tehranda sənədli film rejissoru və ictimai fəal Müjgan İlanlunu həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun həyat yoldaşı, kino prodüseri olan Məhəmməd İlanlu və qızı Leyla İlanlu da saxlanılıb.

Onların həbs səbəbi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Müjgan İlanlu bir neçə gün əvvəl xarici mediaya verdiyi müsahibədə hökuməti tənqid etmiş və “İran ölüm yatağında olan xəstədir” demişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
axar.az

1Mənbələr