“Rusiya Prezidenti Vladimir Putin yalnız ABŞ-nin gücündən qorxur və Avropa onu qorxutmur. NATO bizik, ABŞ-dir. Prezident Putindən soruşun. Putin bizdən qorxur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“O, Avropadan heç qorxmur. Putin ancaq Amerika Birləşmiş Ştatlarından və ilk prezidentlik müddətimdə qurduğum ordudan qorxur", - deyə Ağ Ev rəhbəri Hörmüz boğazında təhlükəsizlik məsələsində NATO müttəfiqləri arasında fikir ayrılıqları ilə bağlı suala cavab verərkən bildirib.
Tramp, həmçinin bildirib ki, Vaşinqtonun İran neftinə ehtiyacı yoxdur.
"Bizə neft lazım deyil, bilirsinizmi? Bizdə kifayət qədər neft var. Bu, bizim ən böyük üstünlüklərimizdən biridir. Biz digər ölkələrdən iki dəfə, iki dəfədən çox neft istehsal edirik", - deyə Prezident Fars körfəzinin yenidən açılması mövzusuna davam edərək bildirib.
O, əlavə edib ki, İrana qarşı əməliyyat başa çatdıqdan sonra neft qiymətləri kəskin düşəcək və bu, olduqca tez baş verəcək. Lakin Tramp konkret bir müddət göstərməyib və İranın "faktiki olaraq məhv edildiyini" vurğulayıb.