AZ

Milli Kitabxanada “Şair - nasir Seyran Səxavət” adlı sərgi açılıb

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Seyran Səxavətin şeirləri, romanları, povestləri, müxtəlif hekayələri, pyesləri, tərcümələri və ön söz yazdığı, redaktor olduğu kitablar nümayiş olunub.

Həmçinin şairin həyat və yaradıcılıqlarını əks etdirən Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları sərgilənib.

Seçilən
54
azertag.az

1Mənbələr