Tbilisi, 17 mart, AZƏRTAC
Səhhətinin pisləşməsi səbəbindən Gürcüstanın Katolikos-Patriarxı II İlya xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, süni nəfəs aparatına qoşulan Patriarx həkimlərin nəzarəti altındadır.
Məlumata görə, II İlyanın vəziyyəti ötən gecə ağırlaşıb, o, müayinə olunub və bütün zəruri tibbi prosedurlar həyata keçirilib.
“Səhiyyə işçiləri tərəfindən pasiyentin təhlükəsizliyinin maksimum təmin olunması üçün hər şey edilib. Yaşı və bütün faktorlar nəzərə alınaraq vəziyyət sadə deyil. Hazırda pasiyent intensiv terapiya şöbəsindədir, müşahidə davam edir və həyati vacib bütün parametrlərin mümkün qədər tez sabitləşdirilməsi üçün zəruri tədbirlər görülür. Müşahidə davam etdiriləcək”, – deyə bu ölkənin səhiyyə naziri bildirib.
Xəstəxananın direktoru Sofiya Aspinidze deyib ki, Patriarxın vəziyyəti hazırda stabil olsa da, diqqət tələb edir.
“Pasiyent mədədən güclü qanaxma ilə gətirilib. Ona müvafiq diaqnostik və müalicəvi prosedurlar aparılıb. Vəziyyət diqqət tələb edir, hemodinamika qeyri-sabitdir”, – deyə o vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi