Bakı. Trend:
İranda Müctəba Xameneinin yeni ali lideri kimi seçilməsindəhəlledici rolu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəyüksək vəzifəli komandirlər qrupu oynayıb. Həmin şəxslər onilliklərərzində onun mərhum atası, ayətullah Əli Xameneinin rəhbərliyialtında fəaliyyət göstəriblər.
Trend xəbər verirki, bu barədə “The New York Times” yazır.
Amerika nəşrinin ətraflı hesabatına görə, öldürülmüş ayətullahınoğlunun hakimiyyətə gəlməsini təmin edən əsas fiqurlar bunlarolub:
- Əhməd Vahidi (SEPAH-ın de-fakto baş komandanı);
- Məhəmməd Əli Cəfəri (SEPAH-ın keçmiş baş komandanı)
- Hüseyn Taeb; (SEPAH-ın kəşfiyyat bölməsinin keçmişrəhbəri)
- Məhəmməd Baqir Qalibaf (SEPAH-ın keçmiş komandiri, parlamentspikeri).
SEPAH-ın “köhnə qvardiyası”nı təmsil edən bu şəxslər ABŞ vəİsraillə sərt qarşıdurmanın davam etdirilməsini dəstəkləyən“şahinlər” düşərgəsinin kampaniyasına rəhbərlik ediblər. Onlarınəsas məqsədi hakimiyyəti siyasi elitanın ən radikal qanadınınəlində saxlamaq və bu məqsədlə Müctəba Xameneiyə üstünlük verməkolub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.