Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər zəhərlənib.
Metbuat.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.
Həmçinin, bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.