AZ

İran Netanyahunun ofisinin yaxınlığındakı hədəflərə zərbə endirdiyini bildirib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran raketləri İsrailin Baş naziri Binyamin Netanyahunun Qüdsdəki ofisindən bir neçə metr aralıda düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran televiziya kanalı SNN-in məlumat verib.

"Bu gün İran raketləri işğal olunmuş Qüdsdəki mövqelərə, sionist rejimin Baş naziri Netanyahunun ofisindən bir neçə metr aralıda zərbə endirib", - deyə verilən məlumatda qeyd edilib.

Jurnalistlər bildirib ki, bir neçə İsrail mediası yalnız bir İran raketinin ələ keçirildiyini, digərlərinin isə hava hücumundan müdafiə sisteminə nüfuz etdikdən sonra hədəflərinə çatdığını bildirib.

Bir gün əvvəl vurulan İsrail raketindən qəlpələrin Qüdsdəki Yunan Pravoslav Patriarxlığı binasının damına, Müqəddəs Qəbir Kilsəsindən bir neçə metr aralıda düşdüyü bildirilib.

28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Paytaxt da daxil olmaqla, İslam Respublikasının çoxsaylı şəhərlərinə hücum edilib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirib.

Daha əvvəl İran ABŞ və İsrailə qarşı müharibəni qələbəyə qədər davam etdirmək planlarını açıqlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
bizimyol.info

1Mənbələr