Çox yüksək performans təqdim edən provayderlər. 🔵 Yüksək sürət — 101–149 Mbps
Yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər. 🔵 Orta sürət — 50–100 Mbps
Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti. 🔵 Aşağı sürət — 1–49 Mbps
Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər. Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Kateqoriyalar “Ookla Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur. Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median yükləmə sürəti 91.38 Mbps,
- median yükləmə sürəti (upload) 93.12 Mbps,
- median gecikmə (latency) 4 ms təşkil edib.
- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,
- provayderlər arasında sağlam rəqabətin təşviqinə,
- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.
Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.