AZ

İsrail Laricanini hədəf aldı

Bakı. Trend:

İsrail rəsmilərinin məlumatına görə, İsrail hava qüvvələri gecəərzində İranda həyata keçirdiyi aviareydlərin birində İranın yüksəkrütbəli məmuru – ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibiƏli Laricanini hədəfə alıb.

Trend bu haqda“Times of Israel”ə istinadən xəbər verir.

Laricaninin bu zərbə nəticəsində həlak olub-olmadığı və yayaralanıb-yaralanmadığı dəqiq məlum deyil.

Eyni zamanda nəşrin müdafiə qüvvələrindən olan mənbələrəistinadən verdiyi məlumata görə, IDF (İsrail Müdafiə Qüvvələri) sonhava zərbələrində “Fələstin İslam Cihadı” hərəkatının lideri Əkrəməl-Əcuri və hərəkata aid digər yüksək vəzifəli şəxslər hədəfəalınıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi,general-leytenant Eyal Zamir bu səhər keçirilən iclasda konkretadlar çəkməsə də, bildirib ki, gecə ərzində həyata keçirilənzərbələrdən sonra mühüm nəticələr qeydə alınıb və bu nəticələrhərbi kampaniyanın nailiyyətlərinə və İsrail Müdafiə Qüvvələrininmissiyasına təsir göstərə bilər

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
54
2
az.trend.az

3Mənbələr