ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycan rezidentləri xarici ölkələrin iqtisadiyyatına 2 milyard 528 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu baxımdan I yerdə "Tamar" qaz yatağı layihəsi ilə əlaqədar İsrail qərarlaşıb: "Aralıq dənizində yerləşən yataqla bağlı 543 milyon ABŞ dolları investisiya qoyuluşu ötən ilin III rübündə həyata keçirilib, bu barədə məlumat vermişdik. Bundan başqa, il ərzində Türkiyəyə 345 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 329,1 milyon ABŞ dolları, Böyük Britaniyaya 212,3 milyon ABŞ dolları, Gürcüstana isə 179,5 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb".
"Xaricə investisiya qoyuluşunun 1 milyard 441 milyon ABŞ dolları qeyri-neft-qaz sektoruna yönəlib. Bu, illik müqayisədə 6,1 % çoxdur. Bu da əsasən dövlət və özəl müəssisələrin, o cümlədən bankların və investisiya şirkətlərinin xarici qiymətli kağızlara yatırdıqları pullardır", - deyə S.Nəsirov qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, hesabat dövründə xarici rezidentlər ölkəyə 6 milyard 595,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb: "Bu baxımdan I yeri 1 milyard 735,8 milyon ABŞ dolları ilə Böyük Britaniya tutub. Növbəti yerlərdə Türkiyə (1 milyard 230,85 milyon ABŞ dolları), Cənubi Kipr (751,1 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (404,8 milyon ABŞ dolları) və İran (375,3 milyon ABŞ dolları) qərarlaşıb".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.