Bakı, 17 mart, AZƏRTAC
2025-ci ildə Azərbaycanın tədiyə balansının ümumi kəsiri 1,4 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.
Samir Nəsirov bildirib ki, 2024-cü ildə tədiyə balansında 0,4 milyard dolları kəsir olub.
Müxbir - Samirə Quliyeva
Fotoqraf - İlqar Cəfərov