“Hörmüz boğazı artıq ABŞ və İsrailin hücumlarından sonra əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək”.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Boğaz artıq əvvəlki vəziyyətinə qayıtmayacaq. Çünki ABŞ və İsrailin iştirakı ilə təhlükəsizliyə dair təminat qalmayıb”, – deyə o vurğulayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə bəzi ölkələrin gəmilərinin Tehranın icazəsi ilə boğazdan keçdiyini bildirib və ölkənin təhlükəsizlik tədbirləri görmək hüququ olduğunu qeyd edib.
Qeyd edək ki, regionda yaranan gərginlikdən sonra Hörmüz boğazı vasitəsilə gəmilərin gündəlik tranziti 97 % azalıb.