AZ

​Bürclərin pis vərdişləri -

Hər bürcün özünəməxsus xüsusiyyətləri olduğu kimi, bəzi pis vərdişləri və uğursuz adətləri də var. Onları bilmək həm əyləncəlidir, həm də insanın özünü daha yaxşı tanımağına kömək edir.
Metbuat.az pis vərdişləri olan bürclərlə bağlı məlumatları təqdim edir: Qoç: Səbirsizliyi və ani qərar verməsi onun ciddi problemlərlə üzləşməsinə səbəb olur. Həmçinin tez əsəbiləşib özündən çıxır. Buna görə də yaxın çevrəsi ilə münasibətləri tez-tez pozulur. Buğa: Dəyişikliklərdən qaçmaq və inadkarlıq Buğaların uğursuz tərəfləridir. Bəzən özlərini uşaq kimi inadkar aparır və ətrafdakıları bezdirirlər. Yeni təcrübələrdən uzaq dururlar. Əkizlər: Dəqiqlikdən uzaq və sözlərini tez unutmaq Əkizlərin adətləri arasındadır. Həmişə iki tərəfli düşünməyə meyllidirlər. Xərçəng: Həddindən artıq həyəcanlı və həssas olması bəzən dostluqda və iş həyatında çətinlik yaradır. Panika yaratmaq “xəstəliyi” dostları onlardan uzaqlaşdırır. Şir: Məqbul olmayan təriflərə və eqoya həddindən artıq önəm vermək Şirlərin pis vərdişidir. Bəzən özlərini elə aparırlar ki, sanki bütün dağları onlar yaradıb. Qız: Həddindən artıq tənqidi və detallara həssas münasibətləri Qızları zaman-zaman yorur. Xırdalığa çox gedirlər. Dostları haqlı olaarq onları “zəhlətökən” adlandırır. Tərəzi: Qərarsızlıq və hər kəsin razılığını almağa çalışma Tərəzinin problemli adətləridir. Hərdamxəyal olmaları ən mənfi xüsusiyyətləridir. Əqrəb: Hirs və qısqanclıq Əqrəbin uğursuz vərdişlərinə daxildir. Küsəyən olmaları da bir ayrı dərddir. Oxatan: Başqalarının sözünü kəsmək və hər şeyi gecikdirmək Oxatanların pis adətidir. Yaxşı həmsöhbət sayılmırlar. Oğlaq: İşgüzarlığı bəzən sərtliyə çevrilir, başqalarını əzmək Oğlağın uğursuz tərəfidir. Mənəm-mənəmlik hisslərindən xilas olsalar, onlarla yola getmək mümkündür. Dolça: Sosial qaydaları pozmaq və plansız davranmaq Dolçanın ən pis adətlərindəndir. Bəzən nə istədiklərini özləri də bilmirlər.

Balıq: Həddindən artıq xəyalpərəst olmaq və məsuliyyətsizlik etmək Balıqların zəif tərəfidir. Başqalarının vaxt itkisi bu bürc altında doğulanları qəti narahat etmir.

Seçilən
52
1
metbuat.az

2Mənbələr