AZ

Rusiya Müdafiə Nazirliyi müqaviləli xidmətə mane olan ruhi xəstəliklərin siyahısını dəqiqləşdirəcək

Rusiya Müdafiə Nazirliyi səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə məhdud fiziki hazırlığı olan şəxslərin müqavilə əsasında hərbi xidmətə qəbul edilməsinə mane olan ruhi xəstəliklərin siyahısını dəqiqləşdirən əmr layihəsi təqdim edib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Məlumata görə, bu xəstəliklərə aşağıdakılar daxildir: üzvi narahatlıq, dissosiativ və xəyali pozğunluqlar; travmadan sonrakı stress pozğunluğu; psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan davranış pozğunluqları; şizofreniya və digərləri.

İzah edici məlumatda göstərilib ki, əmr orduda intihar hadisələrinin qarşısını almaq üçün nəzərdə tutulub: “Sərəncam ruhi pozğunluğu olan vətəndaşların (xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər) hərbi xidmətə girməsinin qarşısını almaq və Rusiya Silahlı Qüvvələrində intihar hadisələrini xəbərdar etmək üçün hazırlanıb”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
100
herbiand.az

1Mənbələr