AZ

İran futbol üzrə Dünya Çempionatında oyunlarını Meksikada keçirmək istəyir

Bakı. Trend:

İran tərəfi hazırda futbol üzrə Dünya Çempionatındakıoyunlarının Meksikada keçirilməsi məqsədilə FIFA ilə müzakirəaparır.

Trend-inməlumatına görə, bunu İranın Futbol Federasiyaları Assosiasiyasınınrəbhəri Mehdi Tac yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranın yığmakomandasının təhlükəsizliyini təmin edə bilmədiyini elan etdiyihalda, mütləq İran yığması ABŞ-yə səfər etməyəcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Seçilən
38
20
az.trend.az

10Mənbələr