Yaxın Şərqdə müharibə uzandıqca bu vəziyyət Ukrayna üçün daha böyük problemə çevrilir.
Redaktor.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Yaxın Şərqdəki münaqişə Ukrayna üçün təkcə rəqabət deyil, yaxın perspektivdə tərəfdaş ölkələrin anbarlarında hava hücumundan müdafiə raketlərinin fiziki mövcudluğu uğrunda mübarizə deməkdir.
“Yaxın Şərqdə müharibə nə qədər uzanırsa, bu bizim üçün bir o qədər problemə çevrilir. Aydındır ki, Vaşinqton üçün oradakı öz qüvvələrini və tərəfdaşlarını qorumaq daha prioritet olacaq. Artıq indi Patriot sistemləri üçün raketlərin qiyməti artmaqdadır”, — deyə nəşr məlumatlı hərbçilərdən birinin sözlərini sitat gətirib.
Aytəkin TOFİQQIZI