AZ

Parklanma protokolunu avtomobilin ön şüşəsinə qoymaq tələbi aradan qaldırılır

BAKI, 17 mart. TELEQRAF

Yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydası dəyişdirilir.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərdə deyilir.

Təklif olunan dəyişikliklərə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılır.

Qeyd olunub ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
38
15
teleqraf.com

10Mənbələr