AZ

Aydın Mirzəzadə: “Karantin rejiminin müddətinin uzadılması bağlı qərar düzgündür, koronavirus təhlükəsi tam aradan qalxmayıb”

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin qərarı müzakirə yaradıb. Qərarda karantin rejiminin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə uzadıldığı bildirilir. Dünya ölkələrinin koronavirusu çoxdan arxivə göndərdiyi bir zamanda ölkədə hələ də infeksiya təhlükəsindən danışılması tənqid edilir.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, nə edilirsə, hamısı vətəndaşların təhlükəsizliyi naminə edilir.

 

Deputat bildirib ki, koronavirus təhlükəsi tam aradan qalxmayıb: “Göründüyü kimi, Azərbaycanın həm cənub, həm də şimal sərhədi yaxınlığında hərbi münaqişələr var. Belə halda hər bir ölkə öz daxili stabilliyini, təhlükəsizliyini qorumalıdır. Düzdür, Azərbaycan bu münaqişələrdə iştirak etmir, onların tezliklə başa çatması üçün töhfəsini verməyə hazırdır. Yaddan çıxarmaq lazım deyil ki, hərbi münaqişələr olan yerdə kütləvi əhali köçü baş verir. Biz bu ehtimalı da nəzərdən qaçırmamalıyıq. Qərar verilməmişdən əvvəl bütün mümkün nəticələr analiz edilir. Yekunda ölkənin milli maraqlarına, vətəndaşların təhlükəsizliyinə cavab verən qərar qəbul edilir. Hesab edirəm, Nazirlər Kabinetinin karantinlə bağlı qərarı düzgün qərardır”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Mart 2026, 11:34   
Seçilən
62
pravda.az

1Mənbələr