AZ

AMB ötən il ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

2025-ci ildə Azərbaycana xaricdən 1 milyard 177 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 505,1 milyon pul köçürülüb.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (479,3 milyon ABŞ dolları), Türkiyə (193,2 milyon ABŞ dolları), ABŞ (100,7 milyon ABŞ dolları), Gürcüstandan (43,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (42,4 milyon ABŞ dolları) daxil olub.

Bundan başqa, onun sözlərinə görə, il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (145,7 milyon ABŞ dolları), ABŞ (76,4 milyon ABŞ dolları), Rusiya (46,4 milyon ABŞ dolları), Böyük Britaniya (26,7 milyon ABŞ dolları) və Gürcüstan (26,2 milyon ABŞ dolları) qərarlaşıb.

Seçilən
62
far.az

1Mənbələr