AZ

Sirli zəngin pərdəarxası: Trampın "mənə dəstək verdilər" iddiası fırtına qopardı

ABŞ Prezidenti Donald Trampın İranla müharibə məsələsində keçmiş prezidentlərdən birinin ona dəstək verməsi və "kaş mən də sənin etdiyini edərdim" deməsi barədə iddiası böyük qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, hazırda sağ olan hər dörd eks-prezident — Corc Buş, Bill Klinton, Barak Obama və Co Bayden — NBC News-a verdikləri açıqlamalarda Trampla bu mövzuda hər hansı təmasda olduqlarını qəti şəkildə təkzib ediblər.

Tramp bazar ertəsi Ağ Evdə keçirdiyi mətbuat konfransında və "Kenedi Mərkəzi"nin toplantısında iki dəfə vurğulayıb ki, sevdiyi və hörmət etdiyi keçmiş prezidentlərdən biri ona "Epic Fury" (Epik Qəzəb) əməliyyatını dəstəklədiyini bildirib. Lakin eks-prezidentlərin nümayəndələrindən gələn cavablar tam fərqlidir:

Corc Buş: Köməkçisi bildirib ki, iki prezident arasında uzun müddətdir heç bir əlaqə olmayıb.

Barak Obama: Nümayəndəsi son vaxtlar Trampla hər hansı söhbətin aparılmadığını qeyd edib.

Bill Klinton: Köməkçisi Trampın eyhamlarına baxmayaraq, söhbətin Klintondan getmədiyini vurğulayıb.

Co Bayden: Ağ Evə yaxın mənbələr Trampın Baydenlə danışmadığını təsdiqləyiblər.

Tramp müxbirin "Bu, Corc Buş idi?" sualına "Xeyr" cavabını versə də, söhbət etdiyi şəxsin adını çəkməkdən imtina edib: "Onu utandırmaq istəmirəm, çünki bu, karyerası üçün çox pis olar, hərçənd onun artıq karyerası yoxdur".

Maraqlıdır ki, Tramp bir tərəfdən müttəfiqlərini, o cümələn Böyük Britaniyanı hərəkətsizliyə görə tənqid edir, digər tərəfdən isə daxili auditoriyada özünə "keçmiş rəqiblər" arasında dəstək axtarır. Ekspertlər hesab edirlər ki, bütün eks-prezidentlərin eyni anda təkziblə çıxış etməsi Trampı çətin vəziyyətdə qoyur və onun iddialarının "uydurma" ola biləcəyi şübhələrini artırır.

Musavat.com

Seçilən
68
50
musavat.com

10Mənbələr