AZ

İnsanlar Bakıda uçan dronlardan narahat olub, dövlət orqanları cəmiyyəti məlumatlandırmalıdır – Deputat

Martın 16-da Bakıda uçan dronlar insanlarda narahatlıq yaradıb. Çox təəssüf ki, dövlət orqanları bu barədə heç bir məlumat vermir.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, “İnformasiya əldə etmək haqqında” qanuna görə, dövlət orqanlarının belə vəziyyətdə insanları informasiya ilə təmin etmək borcu var: “Bu informasiya ilə təmin olunmadıqda çoxsaylı şayiələr yayılır. Bu şayiələrin çoxu da dövlət orqanlarının nüfuzdan düşməsinə səbəb olur. Dövlət orqanları cəmiyyəti belə hadisələrlə bağlı vaxtında məlumatlandırmalıdır. Milli Məclis mənim çıxışımı deputat sorğusu kimi qəbul etsin və Müdafiə Nazirliyinə ünvanlasın”.

Seçilən
16
1
heftelik.az

2Mənbələr